Spesifikasiya
Əsas səthi möhkəmləndirir. Yüksək yapışma qabiliyyətinə, yüksək buxar keçiriciliyinə və aşağı su keçiriciliyinə malikdir. Silikon və akril əsaslı dekorativ teksturalı məhsulların tətbiqini və formalaşdırılmasını asanlaşdırır. Suya, şaxtaya, yağıntıya və günəş işığının təsirinə davamlıdır.
Tətbiq sahəsi
Səthi möhkəmləndirmək və yapışmanı yaxşılaşdırmaq məqsədilə ilkin örtük kimi, həmçinin silikon və akril əsaslı su bazalı məhsulların (teksturalı boyalar, dekorativ suvaqlar və s.) tətbiqini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Daxili və xarici işlərdə istifadə olunur. Hər cür mineral səthlərdə (beton, kərpic, suvaq, şpachtel, gips) və taxta səthlərdə (kontrplak, MDF, taxta yonqar lövhələri, OSB) tətbiq edilə bilər. Fasad istilik izolyasiya sistemlərində, binaların qış dövrü üçün qorunmasında, həmçinin ayrıca dekorativ örtük kimi istifadə oluna bilər.
Rəngləmə
Əl ilə Farbex Color pigment konsentratı, digər su əsaslı rəng pastaları və ya NCS rəng diapazonuna uyğun rəngləmə maşını ilə rənglənə bilər.