Spesifikasiya
Quartz Primer yüksək yapışma qabiliyyətinə malikdir və dekorativ materialların tətbiqini asanlaşdırır. Suya, şaxtaya, yağıntıya və günəş işığına davamlı, buxar keçirən örtük yaradır.
Tətbiq sahəsi
Dekorativ boyalar və suvaqların tətbiqindən əvvəl səthlərin ilkin işlənməsi üçün nəzərdə tutulub. Beton, kərpic, suvaq, gips, taxta, MDF və digər səthlərdə daxili və xarici işlərdə istifadə olunur. Fasad izolyasiyasında və qoruyucu örtük kimi də tətbiq oluna bilər.
Rəngləmə
Farbex Color piqment konsentratı və digər su əsaslı rəng pastaları ilə, həmçinin rəng qarışdırma aparatında (NCS kataloqu üzrə) tonlana bilər. Rəng fərqlərindən qaçmaq üçün eyni partiyadan istifadə tövsiyə olunur.
Tərkibi
Akril kopolimer, kvars qumu, doldurucular, su və əlavə maddələr.