Arabesk
Xüsusiyyətləri
Arabesk məhsulu tərkibindəki mirvari mikrozərrəcikləri və mərmər tozu sayəsində orijinal parıltılı dekorativ effekt yaradır.
İşığın düşmə bucağından asılı olaraq rəng çalarını dəyişə bilir. Məhsul elastik, istifadəsi rahat və tətbiqi sadədir.
Səthdə möhkəm, davamlı və buxar keçirən örtük əmələ gətirir.
Tətbiq sahəsi
Orta rütubətli məkanların daxilində mineral səthlərin dekorasiyası üçün nəzərdə tutulub
(sement və sement-əhəng suvaqları, şpaklyovka, kərpic, gips, beton və köpük beton səthlər).
Material xüsusilə çox işıq düşən yerlərdə və geniş sahələrdə daha effektli görünür: dəhlizlər, pilləkənlər, qonaq otaqları, zallar, yataq otaqları və s.
Rəngləmə
Farbex Color piqment konsentratı, digər su əsaslı rəng pastaları və ya NCS rəng kataloquna uyğun rəngləmə maşını ilə rənglənə bilər.
Rəng çalarında fərq yaranmaması üçün eyni partiyaya aid məhsulların istifadəsi tövsiyə olunur.
Rəngləmədən sonra məhsulun texniki xüsusiyyətlərində müəyyən dəyişikliklər mümkündür.